Azərbaycan vasitəsilə Gürcüstana səfər edən rusiyalı turistlərin sayı artıb

Azərbaycan vasitəsilə Gürcüstana səfər edən rusiyalı turistlərin sayı artıb

İyulun 22-dən 29-na qədər Azərbaycan vasitəsilə Gürcüstana 3 974 Rusiya vətəndaşı səfər edib.
 
Bu barədə TBC Bankın "TBC Research” bölməsinin araşdırmasında bildirilib.

İllik müqayisədə Azərbaycan sərhədindən Gürcüstana daxil olan rusiyalı turistlərin sayı 1,6% artıb.

İyulun dördüncü həftəsində qonşu ölkəyə Rusiyadan, ümumilikdə, 53 682 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% azdır. Rusiyalı turistlərin böyük əksəriyyəti - 50 062 nəfəri Gürcüstana quru yolu vasitəsilə yollanıb. Bu göstəricidə 14,8% artım qeydə alınıb. 
 
Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR