Azərbaycan xam neft ixracını 7,6% artırıb

Azərbaycan xam neft ixracını 7,6% artırıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 21 452 779,53 ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

EkoNews Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 10 458 785,48 min ABŞ dolları təşkil edib.

Bu ilin səkkiz ayında ixrac edilən xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 7,6% çox, dəyəri isə 0,33% az olub.

Hesabat dövründə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 77,36% təşkil edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR