Azərbaycan xaricə neftdən başqa nə satır? - TƏHLİL

Azərbaycan xaricə neftdən başqa nə satır? - TƏHLİL

Azərbaycan xaricə neftdən başqa nə satır? Bu sualın cavabını araşdırmaq üçün İqtisadi İslahatlar Mərkəzinin hazırladığı "İxrac İcmalı”nı təhlil etdik.

Azərbaycanın ixrac etdiyi məhsulların növləri getdikcə artır, eyni zamanda ixrac həcmi ilbəil artım tendensiyası göstərir. 

"Dollara gedən” meyvə-tərəvəzimiz artıb 

Azərbaycana ən çox valyuta meyvə-tərəvəz sektorundan daxil olub. Belə ki, 2018-ci ildə 559 milyon dollarlıq meyvə-tərəvəz satmışıq və bu göstərici 2017-ci ilə nisbətdə 11 faiz çoxdur. 

Plastmas və onlardan hazırlanan qabların xarici alıcıları il ərzində 17 faiz artıb və bu məhsullardan ölkəmizə 118 mln. dollar daxil olub. 

Valyuta daxilolmalarında 86,2 mln. qara metallar və onlardan hazırlanan məmulatların payına düşür. 

2017-ci illə müqayisədə 2018-ci ildə ən böyük artım isə 2,4 dəfə olmaqla pambıq liflərində qeydə alınıb və məbləğ olaraq Azərbaycana 80 mln. dollar gəlir gətirib. Pambıq ipliyinin satışı isə bir ildə 49 faiz yüksələrək 23,7 mln. dollar olub. Ölkəmiz elektrik enerjisinin ixracatçısı kimi 65,6 mln. dollar qazanıb.

Pomidor birinciliyi əldən vermir

Xarici dövlətlərə satılan əsas qeyri-neft məhsullarının siyahısına pomidor başçılıq edir. Azərbaycana pomidor 117 mln. dollarlıq valyuta gətirib və bu ötən ildəkindən 25,8 mln dollar çoxdur. 

İkinci yerdə qızıl satışı qərarlaşıb və bu məhsul ölkəmizə 118 mln dollar qazandırıb, əgər müqayisə aparsaq 2018-ci ildə qeydə alınan bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 mln. dollar azdır, başqa sözlə qızıl satışı düşüb. 

Ölkəyə xurma satışından 114,5 mln, fındıq ləpəsinin satışından 93 mln. dollar daxil olub. 

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanın ixrac etdiyi fındığın bir neçə partiyasında xəstəlik aşkar edildiyindən geri qaytarılmışdı və ötən il fındıq satışı 2017-ci illə müqayisədə 21 mln. dollar azalıb.

İxrac yolları daha çox Rusiyaya aparır  

Azərbaycan məhsullarının alıcıları arasında Rusiya öndədir. Ötən il ölkənin qeyri-neft sektoru Rusiyaya 63,8 mln. dollarlıq məhsul ixrac ediblər. Türkiyəyə məhsul ixracı 23,6 mln. dollara (2017-ci il ilə müqayisədə 4,2 mln. dollar azalma), üçüncü yerdə qərarlaşan Gürcüstana isə 7,4 mln. dollar (10 mln. dollar azalma) təşkil edib.
Əvəzində isə İsveçrə və İrana ixrac artıb – qeyri-neft sektoru bu ölkələrə müvafiq olaraq, 12,2 mln. dollar və 5,4 mln. dollar məbləğində məhsul satılıb.

Hansı şirkətlər liderdir?  

Bəs, məhsulları dünyada tələb olunan Azərbaycan şirkətləri hansılardır? Əgər "İxrac İcmalı”na baxsaq, özəl sektorda "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti” liderdir və bu qurum ölkəyə 106,1 mln. dollar gətirib. 

Dövlət sektorunu təmsil edən "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” 181,5 mln., "Azərkosmos” 25,6 mln. dollarlıq xidmət ixrac edib. Dövlət sektorunda "Azərenerji” və "Azal”ın xətti ilə daxil olan valyuta da artıb.   

Ümumilikdə ixracatçı özəl və dövlət şirkətlərinin siyahısı aşağıdakı kimidir: //Oxu.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR