“Azərbaycan xurma ixracı ilə bağlı yeni bazarlar araşdırır”

“Azərbaycan xurma ixracı ilə bağlı yeni bazarlar araşdırır”

"Azərbaycan xurma ixracı ilə bağlı yeni bazarlar araşdırır”.

EkoNews xəbər verir ki, bunu Report-a Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov bildirib.

O vurğulayıb ki, hazırda təzə xurma daha çox ənənəvi ölkələrə ixrac edilir: "Bu il ölkədə xurma istehsalında məhsuldarlıq boldur, lakin əsas xurma ixrac etdiyimiz bazarlardan biri olan Rusiyada alıcılıq qabiliyyəti aşağıdır. Buna görə də hazırda yeni bazarlar araşdırılır. Ərəb ölkələrinə xurma ixracının təşkili ilə bağlı danışıqlar aparılır. Lakin hazırda az miqdarda BƏƏ-nin Dubay şəhərinə ixrac edilir”.

Xatırladaq ki, bu il ərzində Azərbaycan 27,071 min ton xurma ixrac edib. Bu növ məhsulun ixracından ölkəmiz 20,506 milyon dollar vəsait əldə edib. Xurma ixracı ölkənin ümumi ixracında 0,15% paya malik olub. 

2018-ci ildə qeyri-neft sektoru üzrə ixrac 1 milyard 689 milyon ABŞ dolları təşkil edib. İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (177,4 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 118 milyon dollar) ikinci olub. Xurma isə (114,5 milyon dollar) bu siyahıda üçüncü yerdə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR