Azərbaycana gələn əcnəbilərin bank kartları ilə xərcləmələri azalıb

Azərbaycana gələn əcnəbilərin bank kartları ilə xərcləmələri azalıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın 2019-ci ilin avqust sayı təqdim olunub.
 "İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1 milton 777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların sayının 10,6 faiz  artmasına paralel olaraq onların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib. EkoNews xəbər verir ki, belə ki, 2019-cu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 134,6 milyon manat təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 7 faiz artıb.

Ümumilikdə isə 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 725,4 milyon manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 747 milyon manat təşkil etmişdi.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR