Azərbaycana qanunsuz yolla gətirilən spirtli içkilər aşkarlandı - FOTO

Azərbaycana qanunsuz yolla gətirilən spirtli içkilər aşkarlandı - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 37 ədəd spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən EkoNews-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "VAZ-21099" və "Hyundai Coupe" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən hər biri 1 litrlik olmaqla cəmi 17 ədəd "Nemiroff", "Finlandia" və 20 ədəd "Koskenkorva Vodka" markalı spirtli içkilər aşkarlanıb

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR