Azərbaycana satıb 58,5 milyon dollar qazanıblar

Azərbaycana satıb 58,5 milyon dollar qazanıblar

Azərbaycan 2019-cu ilin yanvar-sentyabr aylarında Qazaxıstandan 265 min ton buğda alıb.

EkoNews Marjaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın "Xabar 24” telekanalı məlumat yayıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi 30% artıb.

Bütövlükdə Azərbaycana 58,5  milyon dollar dəyərində taxıl tədarük edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan cari ilin yanvar-sentyabr aylarında 240 milyon 747 min dollar  dəyərində 1 milyon 113 min ton buğda (artım 34,2%) idxal edib. Beləliklə, Azərbaycanın idxal etdiyi bütün buğdanın 23,8%-i Qazaxıstanın payına düşüb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR