Azərbaycanda 2020-ci ildən idxal karantininin icazəsi ləğv olunacaq

Azərbaycanda 2020-ci ildən idxal karantininin icazəsi ləğv olunacaq

Gələn ildən etibarən Azərbaycanda idxal karantininin icazəsi ləğv olunacaq.
EkoNews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və fitosanitar nəzarət şöbəsinin müdiri Xəyalə Dadaşova deyib.

Onun sözlərinə görə, bu sənədin yerinə sadəcə bildiriş təqdim etməklə yüklərin ölkəyə daha rahat gətirilməsinə şərait yaradılacaq.

"Bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklər ediləcək. Belə ki, beynəlxalq təcrübədə idxal karantininin icazəsi tamamilə götürülüb. Karantin icazəsinin olması bir növ baryerlər yaradır. Hesab edirik, bütün yüklər ölkəyə sahibkarlar tərəfindən rahat şəkildə daxil olmalıdır", - deyə X. Dadaşova qeyd edib.

O həmçinin əlavə edib ki, artıq qanun layihəsi hazırlanıb və onun baxılmasına sahibkarlar da cəlb olunub. /APA

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR