Azərbaycanda 3 bank olmayan təşkilatın lisenziyasını ləğv edildi
04 Aprel, 15:18   |    Baxış sayı: 136

Azərbaycanda 3 bank olmayan təşkilatın lisenziyasını ləğv edildi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 3 bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.

Bunlar Bakıda fəaliyyət göstərən "Kredit House" və "Mədəd Kredit", eləcə də Lerik rayonunda fəaliyyət göstərən "Azəri Finans" MMC-lərdir.  

Son nəticədə ölkədə BOKT-ların sayı 46-dan 43-ə düşüb. //Report