Azərbaycanda 5 milyon manatlıq sığorta ödənişi edilib

Azərbaycanda 5 milyon manatlıq sığorta ödənişi edilib

"İpək Yolu Sığorta” ASC Azərbaycana məxsus yük təyyərəsinin sıradan çıxmış mühərrikinə görə təxminən 5 milyon manat sığorta ödənişi verib.

Ödəniş sığortaçı ilə birlikdə "Silk Vey Holdinq” MMC-yə daxil olan "Silk Vey Vest Aviaşirkəti” MMC-yə verilib. Bu barədə Report yazıb. 

Belə ki, aviaşirkətə məxsus olan sığortalı "Boeing 747” markalı təyyarəsi bu ilin əvvəllərində Cəbuni Koreyanın paytaxtı Seulun hava limanına enərkən onun mühərriki zədələnib. Problemi həmin aeroportun texniki heyəti aradan qaldırıb. 

Bundan sonra sığorta ödənişi ilə bağlı prosedurlar başlayıb və "İpək Yolu Sığorta” təyyarənin təkrar sığortasını üzərinə götürmüş xarici tərəfdaşlarına müraciət edib. Bu ilin may ayından başlayaraq "Silk Vey Vest Aviaşirkəti”nə ödəniş edilməsinə başlınılıb. Mayda təxminən 4,5 milyon manat, iyunda isə təxminən 500 min manat kompensasiya ödənilib.
 
Fins.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR