Azərbaycanda bu avtomobillər kəskin ucuzlaşdı - VİDEO

Azərbaycanda bu avtomobillər kəskin ucuzlaşdı - VİDEO

Rayonlardakı maşın bazarlarında daha çox avtomobil satışa çıxarılsa da durğunluq yaşanır. Alıcılar durğunluğa görə, satıcıları ittiham edir. Gəncə və Bərdənin maşın bazarlarından hazırlanan sujeti təqdim edirik.

Gəncənin yeni maşın bazarında avtomobil sıxlığı müşahidə olunur. Bütün ətraf bölgələrdən gələn alıcı və satıcılar bazarda əsl izdiham yaradıb. Ancaq bu alış-verişin canlanmasına təsir edə bilmir.

Alıcılar isə bazardakı durğunluğa görə satıcıları ittiham edir. Yeni maşın sahibi olmaq istəyənlər deyir ki, qiymətlər süni olaraq şişirdilir, bu isə ticarətə mane olur.

Bura isə regionun ən böyük maşın bazarlarından biri olan Bərdənin avtomobil bazarıdır. Həftədə iki dəfə satış həyata kecirilən bazarda satan çox, alan azdır...

Bazarda istehsal ili köhnə olan avtomobillərdə qiymətlər aşağı düşsə də alıcı tapılmır.

Satıcılar bildirir ki, şəhər yerlərindən fərqli olaraq rayonlarda xarici maşınlara təlabar azdır. Bu dəfəki bazarda puluna uyğun maşın tapa bilməyənlər növbəti bazarı gözləyir. (Xəzər TV)
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR