Azərbaycanda daha bir icbari sığorta növü elektronlaşdırılıb

Azərbaycanda daha bir icbari sığorta növü elektronlaşdırılıb

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi elektronlaşdırılıb.

Report xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu məlumat yayıb.

Qeyd edək ki, Büro bununla bağlı əhalinin maarifləndirilməsi üçün animasiya çarxı və işəgötürənlər üçün təlimat videoları hazırlayıb. Təlimat videolarında CLİP (Compulsory Liability İnsurance Project) layihəsi üzrə proqram təminatına giriş, razılıq müqaviləsinin yaradılması və imzalanması, təklifin təsdiqi və müqavilənin imzalanması qaydaları əks olunub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR