Azərbaycanda deputatın səlahiyyətinə xitam veriləcək

Azərbaycanda deputatın səlahiyyətinə xitam veriləcək

Milli Məclisin üzvü Elşad Həsənovun deputat səlahiyyətinə xitam veriləcək.
EkoNews xəbər verir ki, bu, onun icraedici orqanda vəzifəyə təyin edilməsi ilə əlaqədardır.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla E.Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

O, 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib.

Milli Məclisin hazırda 118 deputatı var. E.Həsənovun deputat səlahiyyətlərinə xitam verildikdən sonra Milli Məclis üzvlərinin sayı 117 olacaq.

Milli Məclis tam heyətdə 125 nəfərdən ibarətdir. Milli Məclisə növbəti seçkilər 2020-ci ildə keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR