Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 34,3 faiz artıb
13 Mart, 12:57   |    Baxış sayı: 30

Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 34,3 faiz artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 71,7 faizi mədənçıxarma sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı əvvəlki ilin müvafiq dövrünün səviyyəsində qalıb, əmtəəlik qaz istehsalı isə 34,3 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 12,1 faiz çoxalıb. //AzərTac