Azərbaycanda gələn ilin yeni kredit skorinq xidməti istifadəyə veriləcək

Azərbaycanda gələn ilin yeni kredit skorinq xidməti istifadəyə veriləcək

Azərbaycan Kredit Bürosu 2020-ci ilin yazında yeni kredit skorinq xidmətini işə salmağı planlaşdırır.

Bu barədə Büronun baş direktoru Elçin Həbibov, VI İnvestorlar Yarmarkasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar türk həmkarlarla birlikdə işçi qrup yaradılıb və 2020-ci ilin aprelində yeni xidmət təqdim ediləcək.

E. Həbibov qeyd edib ki, bu model bazarda yeni xidmətlərin, xüsusilə də analitik xidmətlərin göstərilməsinə imkan verəcək.
Kredit Bürosunun rəhbəri əlavə edib ki, cari ilin sonunadək kredit təşkilatlarının bir anda çox sayda sorğu göndərməsinə imkan verən başqa bir xidmətin istifadəyə verilməsi də planlaşdırılır.

"Hazırda kredit təşkilatları Büroya bir anda yalnız bir sorğu göndərə bilir. Yeni xidmət bir anda 5-10 minə yaxın sorğu göndərməyə imkan verəcək”, – deyə E. Həbibov bildirib.

O həmçinin əlavə edib ki, Büro fəaliyyətə başlayandan 3,6 mln. sorğu alıb, bunun da 1,9 mln-u skorinqin payına düşüb.

APA

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR