Azərbaycanda istehlak kreditlərinin həcmi rekord həddə

Azərbaycanda istehlak kreditlərinin həcmi rekord həddə

Azərbaycanda istehlak kreditlərinin həcmi tarixi maksimuma çatıb.

Qaynarinfo Azərbaycan Respublikası Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu ilin fevral ayının 1-nə olan məlumata görə, ölkədə 7 milyard manat istehlak krediti verilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 698,7 milyon manat və ya 32% çoxdur. Belə ki, ötən ilin analoji dövründə 5 milyard 306,3 milyon manat kredit verilmişdi.

Ötən ilin sonu ilə müqayisədə isə istehlak kreditlərinin həcmi 26,3 milyon manat və ya 0,4% artıb. 2019-cu ilin sonunda istehlak kreditlərinin həcmi 6 milyard 978,7 milyon manat olmuşdu.

Məlumat üçün bildirək ki, istehlak kreditlərinin həcmi ümumi kredit portfelinin 45,6%-ni təşkil edir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR