Azərbaycanda yeni sosial şəbəkə yaradıldı - FOTO
19 Noyabr, 16:22   |    Baxış sayı: 238

Azərbaycanda yeni sosial şəbəkə yaradıldı - FOTO

Azərbaycanda yeni sosial şəbəkə yaradılıb. Fins.az xəbər verir ki, «ONMA» adlanan sosial şəbəkənin əsas profili onlayn-təlim tədrisdir və biznes üçün nəzərdə tutulub.

Səhifənin yaradıcısı olan Qurbanəli Yusifovun sözlərinə görə, sosial şəbəkədə öz kriptovalyutası ilə reklama görə bonus, promosyon və referal qazanc sistemi var: «Bura onlayn təlim- tədrislə məşğul olmaq, eləcə də sosial şəbəkələrdə reklamlar edərək gəlir əldə etmək istəyənlər, həmçinin kriptovalyuta həvəskarları üçün üçün mükəmməl bir platformadır. Belə ki, sistem təlimçi, müəllim, konsultant, psixoloq və onlayn tədrislə məşğul ola biləcək digər şəxsləri reklamçı networkerlər vasitəsi ilə tələbə, müştəri və investorlarla bir araya gətirir».

Q.Yusifov istifadəçiləri, xüsusilə də tədris sahəsində salışanları ONMA-nın imkanlarından istifadə etməyə çağırıb:

Sayt yenidir, bu fürsəti qaçırmayın və üstünlüklərimizdən faydalanmağa çalışın».

Yeni sosial şəbəkəyə bu ünvanla daxil olmaq mümkündür: http://onma.io/?ref=onma

ONMA.IO - əsas işi onlayn təlim- tədris olan, referal marketinqinə görə öz kriptovalyutası (ONMA token) ilə bonuslar verən və sırf biznes üçün nəzərdə tutulan sosial şəbəkədir.

ONMA sosial şəbəkə layihəsi şirkətin özək və həmçinin, ilk rəsmi onlayn platformasıdır. Bu sistemin üzərində onlayn təlim- tədris başda olmaqla, 10 bir- birinə bağlı platforma fəaliyyət göstərəcəkdir.

Onlayn təlim- tədris şəbəkəsi əsasən öyrənmək, öyrənə- öyrənə öyrətmək və buradakı fəaliyyətindən pul qazanmaq istəyən ziyalı auditoriya üçün nəzərdə tutulub. Platformanın yaradılmasında əsas məqsəd təlim- tədris işçilərinin, konsultantların, psixoloqların, jurnalistlərin, reklamçıların, dizaynerlərin, şəbəkə marketinqi ilə məşğul olan şəxslərin, yatırımçıların, traderlərin və bir sözlə onlayn çalışa biləcək bütün ixtisaslı kadrların şəbəkələşməsini təmin etməkdir. Sistemin hazırda 4 əsas üstünlüyü var : onlayn təlim- tədris şəbəkəsi, referal (tövsiyə) marketinq, ödənişsiz reklam və kriptovalyuta.

Onlayn təlim- tədris (satış) gəliri:

Saytda öz bilik və bacarıqlarını başqalarına öyrətmək istəyən müəllimlər çox asanlıqla (evdən ayrılmadan) böyük bir auditoriyaya sahib tələbələrə, tələbələr isə çox savadlı və təcrübəli müəllimlərə (bütün profillərin divarı dəyərləndirmə, eyni zamanda rəy üçün açıq olacaq və buna görə reytinq cədvəli formalaşacaq) çıxış imkanı əldə edəcək, həm də bu dərsləri daha ucuzdan almış olacaqlar. Başqa cür yanaşsaq, bu şəbəkədə olan hər kəs ödənişli və ödənişsiz paylaşımlar edərək, bir növ öz bilik və təcrübələrini "barter" etmiş olacaq.

Tələbələr istədikləri müəllimi tapıb, onun vebinarlarına, intelektual oyunlarına, debat, mühazirə və fərdi onlayn kurslarına qatıla, konsultasiyalarında iştirak edə və istədiklərini çox rahat bir şəkildə (evdən, ofisdən ayrılmadan) və ən yüksək səviyyədə öyrənə biləcəklər. Onların buradakı canlı yayımları öncədən ödəniş edib, vebinarlarda iştirak etmək, videodərsləri, elektron və audio kitabları, testləri, məqalələri, xəbərləri, foto materialları və s. almaq imkanları olacaq. Müəllimlər, təlimçilər, imtahangötürənlər, imtahanverənlər, xaricdə təhsil almaq istəyənlər və ya bu işlə fərdi qaydada məşğul olanlar, konsultantlar, mütəxəssislər və başqaları isə sistemin verdiyi imkanlardan istifadə edərək, çox rahatlıqla həm öz auditoriyalarına, həm də sistemin digər üzvlərinə xidmət göstərə biləcəklər. Sistemdə daha çox alıcı olduğundan xidmət və məhsulların qiymətinin aşağı olması həm satıcıya (müəllim, konsultant və s.), həm də alıcıya (öyrənən şəxsə) sərfəli olacaq.

Satıcı tərəfə satdığı məhsul və ya xidmətə görə ümumi məbləğin 70%- i dərhal ödənilir. Bir daha qeyd edək ki, buradan tələbələr, iş adamları, hüquqşunaslar, yazarlar, incəsənətçilər, tərcüməçilər, menecerlər, iş axtaran mütəxəsislər, ideya müəllifləri, kriptovalyutalar ilə maraqlanan insanlar və digərləri çox rahatlıqla faydalana biləcəklər.