Azərbaycanda yeni yaradılan sığorta şirkətinin rəhbərliyi açıqlanıb

Azərbaycanda yeni yaradılan sığorta şirkətinin rəhbərliyi açıqlanıb

Azərbaycanda "Meqa Həyat Sığorta” şirkətinin rəhbərliyi açıqlanıb.

EkoNews xəbər verir ki, yeni yaradılan sığorta şirkətinin təmsilçisi Hamlet Qarayevdir. Müşahidə şurasının üzvləri Yaşar Qurbanov, Mətləb Vəliyev, Cahangir Hüseynov-dur. Yaşar Qurbanov "Meqa Sığorta” şirkətinin Direktorlar şurasının sədridir, o həmçinin "Rabitəbank”ın səhmdarları sırasındadır. Mətləb Vəliyev isə "Meqa Sığorta” şirkətinin Direktorlar şurasının üzvüdür.

Xatırladaq ki, Sığorta Şirkətindən  verilən məlumata görə "Meqa Həyat Sığorta”nın səhmdarı 100% pay sahibi olan "Meqa Sığorta” ASC-dir. Təsisçilər şirkətin kapitalına 11 mln. manat yatırıb. /Banker.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR