Azərbaycandan Rusiya və Ukraynaya sərnişin qatarlarının fəaliyyəti dayandırılır

Azərbaycandan Rusiya və Ukraynaya sərnişin qatarlarının fəaliyyəti dayandırılır

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

Bu barədə Ekonews-a "Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarının və martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır: "Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-si saat 3:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşlarına bilet satılır”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR