Azərbaycanın beynəlxalq hava nəqliyyatı daşımalarında rolu müzakirə edilib

Azərbaycanın beynəlxalq hava nəqliyyatı daşımalarında rolu müzakirə edilib

Brüsseldə (Belçika) Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı ("Eurocontrol”) və Mülki Aviasiya Aeronaviqasiya Xidmətlərinin Təchizatçıları Təşkilatının (CANSO) üzvləri arasında görüş keçirilib.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.

Məlumata görə, tədbirdə Azərbaycanı "Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyev təmsil edib. 

İşgüzar səfər çərçivəsində F.Quliyev həmçinin "Eurocontrol”un baş direktoru İmon Brennan (Eamonn Brennan) ilə görüşüb. Görüşdə hava hərəkətinin təşkili və Azərbaycan ərazisindən keçən tranzit hava axınlarının planlaşdırılması sahəsində əsas məsələlər, həmçinin ölkəmizin "Eurocontrol”un strateji tərəfdaşı kimi rolu müzakirə olunub. Həmçinin regionda gözlənilməz hallar baş verdiyi təqdirdə hava hərəkətinin və zəruri tədbirlərin planlaşdırılması məsələləri müzakirə olunub. İ.Brennan Azərbaycanın mülki aviasiya sahəsində əldə edilmiş nailiyyətlərini yüksək qiymətləndirib və qeyd edib ki, strateji coğrafi mövqeyi və qabaqcıl hava naviqasiyası sistemi Azərbaycanı əməkdaşlıq üçün cəlbedici edir, Avropa ilə Asiya arasında tranzit reyslərin sayının artmasını təmin edir.
 
Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR