Azərbaycanın böyük sığorta şirkətlərindən birinin rəhbəri dəyişdi

Azərbaycanın böyük sığorta şirkətlərindən birinin rəhbəri dəyişdi

"Azsığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov şirkətin Direktorlar Şurasının üzvü seçilib.

EkoNews bu barədə "Azsığorta”ya istinadən xəbər verir.

Məlumata görə, onun əvvəlki vəzifəsinin icrası isə müavini Yusif Soltanova həvalə olunub. 

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova ("AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR