Azərbaycanın Energetika naziri “OPEC plus” nazirlərinin 6-cı iclasında iştirak edəcək

Azərbaycanın Energetika naziri “OPEC plus” nazirlərinin 6-cı iclasında iştirak edəcək

Azərbaycan Energetika naziri Pərviz Şahbazov iyunun30-da Vyanaya (Avstriya) səfər edəcək.


EkoNews EnergetikaNazirliyinə istinadla xəbər verir ki, səfər Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə reallaşacaq.


Nazir iyulun1-2-də keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına üzv və təşkilata daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin15-ci iclası və nazirlərin6-cı görüşündə iştirak edəcək.


"OPEC plus” nazirlərinin Vyana görüşündə qlobal neft bazarının təhlili əsasında ilin ikinci yarısı üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.


Qeyd edək ki,2018-ci ilin dekabrın7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşündə neft hasilatının gündəlik1,2mln barrel azaldılması ilə bağlı razılıq əldə olunub. "Əməkdaşlıq Bəyannaməsi”nin icrası2019-cu ilin I yarısında başa çatır.

 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR