Azərbaycanlı sabiq nazir müavininə Rusiyada yüksək vəzifə verildi

Azərbaycanlı sabiq nazir müavininə Rusiyada yüksək vəzifə verildi

Azər Talıbov Rusiya İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edilib.

Ekonews xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustun əmr imzalayıb. Baş nazirin əmrində A. Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.

Artıq Azər Talıbov yeni vəzifəyə təyin olunub. O, Rusiya İxrac Mərkəzinin strukturuna daxil olan "Roseksimbank”a başçılıq edəcək.

Qeyd edək ki, A.Talıbov 1979-cu il fevralın 10-da Moskvada anadan olub. 2002-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistraturasını bitirib. 2002-ci ilin noyabrından 2008-ci ilin iyun ayına qədər İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ilin iyunundan 2012-ci ilin iyun ayınadək İqtisadi İnkişaf nazirinin köməkçisi vəzifəsində işləyib. 2012-ci ilin iyun ayında Rusiya Federasiyası Prezidentinin köməkçisinin aparat rəhbəri vəzifəsinə keçib və 2013-cü ilin iyul ayına qədər bu vəzifədə çalışıb. Ardından "Rusiya Bankı” sədrinin katibliyinin müdiri təyin edilib. A.Talıbov 2017-ci ilin yanvar ayından nazir müavini vəzifəsində çalışırdı. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR