“Azəriqaz” rəhbərliyi Şəmkirdə vətəndaş qəbulu keçirib

“Azəriqaz” rəhbərliyi Şəmkirdə vətəndaş qəbulu keçirib

Bu gün "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Şəmkir rayonunda, Birliyin baş direktorunun müavinləri - Ramil İsgəndərov Qazax və Ağstafa, Ruslan Əliyev isə Tovuz rayonlarında vətəndaşların qəbulunu keçiriblər.

"Azəriqaz”dan EkoNews-a veilən məlumata görə, qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR