“Azərpoçt” bu ilin sonunadək təmassız kartlar emissiya edəcək

“Azərpoçt” bu ilin sonunadək təmassız kartlar emissiya edəcək

Bu ilin sonunadək Azərbaycanın poçt rabitə operatoru olan "Azərpoçt” MMC təmassız kartlar emissiya edəcək.

EkoNews xəbər verir ki, bu barədə "APA-Economics”ə müəssisədən bildirilib.

MMC-dən qeyd olunub ki, layihə "Mastercard” beynəlxalq kart təşkilatı ilə birgə icra olunacaq. 

"Müştərilərin istəyindən asılı olaraq, hazırda istifadədə olan kartlar təmassız kartlarla əvəz oluna bilər”, – deyə "Azərpoct”dan bildirilib.

Qeyd edək ki, bu günədək "Azərpoçt” tərəfindən 250 mindən çox kart emissiya olunub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR