“Azexport” portalına sifarişlərin dəyəri 1,4 milyard dolları keçib

“Azexport” portalına sifarişlərin dəyəri 1,4 milyard dolları keçib

Bu ilin yanvar-sentyabr aylarında "Azexport” portalına 436,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

EkoNews xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% çoxdur.

9 ay ərzində portala daxil olan ixrac sifarişlərinin ilk 5-liyində Rusiya (11,2%), Türkiyə (5,8%), Hindistan (5,7%), ABŞ (5,6%) və İngiltərə (5,1%) qərarlaşıb.

Təkcə sentyabr ayında isə portal 37,1 milyon dollarlıq sifariş qəbul edib. Ən çox ixrac sifarişi tütün, toyuq əti və yumurtası, fındıq ləpəsi, pambıq yağı, şərab, nar, soğan, kosmetik vasitə, tibbi tənzif, mebel dəsti, boya, qənnadı məhsulu, mineral su, sarımsaq, meyvə konsentratı, təzə meyvə, mürəbbə, tikinti materialı, süd məhsulları, zəli və s. mallara daxil olub.

Ümumilikdə portalın istifadəyə verildiyi 2017-ci ilin yanvar ayından bəri 33 ay ərzində Azexport.az portalına dünyanın 136 ölkəsindən 1 425,5 milyon dollar dəyərində ixrac sifarişləri gəlib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR