Bakı Fond Birjasında marketmaker fəaliyyəti üzrə tələblər dəyişib

Bakı Fond Birjasında marketmaker fəaliyyəti üzrə tələblər dəyişib

Bakı Fond Birjası (BFB) market meyker fəaliyyəti üzrə tələblərə dəyişikliklər edib.

EkoNews xəbər verir ki, bu barədə BFB-dən verilən məlumatda bildirilir.

Əmrə əsasən, Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Maliyyə təşkilatları tərəfindən buraxılan qiymətli kağızlar marketmeyker fəaliyyətinin predmeti kimi təsdiq olunan 1-ci qrup qiymətli kağızların siyahısına daxil edilir.

Marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcmi dəyişdirilərək aşağıdakı kimi müəyyən edilir:

– 1-ci qrup qiymətli kağızlar (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət İstiqrazları, Azərbaycan Respublikası Mərkəzi Bankının notları, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatlarının buraxdığı qiymətli kağızlar) üzrə
300,000 (üç yüz min) manat;

– 2-ci qrup qiymətli kağızlar (digər emitentlər tərəfindən emissiya edilmiş korporativ istiqrazlar və səhmlər) üzrə 50,000 (əlli min) manat.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR