Bakı-Gəncə sürət qatarında qiymət endirildi – MƏBLƏĞ
16 Mart, 11:11   |    Baxış sayı: 1126

Bakı-Gəncə sürət qatarında qiymət endirildi – MƏBLƏĞ

Novruz Bayramı ilə əlaqədar olaraq Bakı-Gəncə qatarında qiymətlər endirilib. Bu barədə FED.az-a «Azərbaycan Dəmir Yolları» QSC-dan bildirilib.  

EkoNews-un məlumatına görə,  Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan 20.03.2019-cu il tarixində, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir.
Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq. 

Novruz bayramı münasibəti ilə "Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq 17.03.2019-cu il tarixindən 31.03.2019-cu il tarixinədək qatarın bizness yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib.
Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb.