Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı 1 saat 10 dəqiqə ləngiyib

Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı 1 saat 10 dəqiqə ləngiyib

Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən  texniki nasazlıq yaranıb.

EkoNews bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb.

Nasazlığın səbəbləri araşdırılır. 

Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR