Bakı səhəri dəhşətli xəbərlə açdı - 4 ölü var...
03 Dekabr, 11:03   |    Baxış sayı: 695

Bakı səhəri dəhşətli xəbərlə açdı - 4 ölü var...

Bakıda dəhşətli yol qəzası baş verib.
 
Qala-Pirallahı yolunda "Chevrolet" markalı "90-RV-974" dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxıb. Yolayrıcına çırpılan minik avtomobili əks hərəkət zolağına çıxıb və qarşıdan hərəkət edən "Kamaz" markalı, "27-BA-301" nömrəli yük maşını ilə toqquşub.
 
Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, daha bir nəfər isə xəstəxanaya çatdırılıb.
 
Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. //Publika.az