Bakıda avtomobillər 1000-2000 manat bahalaşdı - VİDEO
05 Noyabr, 14:33   |    Baxış sayı: 151

Bakıda avtomobillər 1000-2000 manat bahalaşdı - VİDEO


Bakının Badamdar qəsəbəsində yerləşən "Maşın bazarı”nda qiymətlər, necə deyərlər, od tutub yanır. Satışda istənilən markada avtomobil olsa da, alıcı tapılmır. Xüsusilə son aylarda avtomobillərin qiymətində 1000-2000 manat arası artım müşahidə olunub.

Qiymət artımı ən çox "Mercedes” və "Hundai” markalı avtomobillərdə üstünlük təşkil edir. Bazardakı insanların, demək olar ki, 80 faizini təşkil edən satıcılar da vəziyyətdən məmnun deyillər. Bazara gələn tək-tük alıcılar isə qiymətlərin həddən artıq baha olmasından narazıdırlar.

"Baku TV" maşın bazarında son vəziyyətlərlə bağlı reportaj hazırlayıb.

Həmin reportajı təqdim edirik: