Bakıda çoxmərtəbəli yaşayış binası yanır (Yenilənib)

Bakıda çoxmərtəbəli yaşayış binası yanır (Yenilənib)

Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

"Report"un xəbərinə görə, Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasında şaxta boyunca elektrik naqilləri 30 p.m yanıb. Yanğın zamanı 17 bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Mənzillər və elektrik sayğacları yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb. 
 
***
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
EkoNews xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələri arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR