Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edildi

Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edildi

Yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində müəyyən tədbirlər həyata keçirilib.

EkoNews xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Xəbərə görə, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində sarı kəsişmə toru təşkil edilib, nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib. Bundan başqa, yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR