Bakıda internetə giriş ən çox bu rayonlardan olur

Bakıda internetə giriş ən çox bu rayonlardan olur

Bakıda internet istifadəçilərinin sayı çox olan rayonlar məlum olub.

EkoNews xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi paytaxt üzrə ən çox internetdən istifadə edən ilk üç rayonun adını açıqlayıb.

Eləcə də bax: Azərbaycanda mobil rabitə operatorları 7 ayda 497 milyon manat gəlir əldə edib

Məlumata görə, "Baktelecom"un xidməti ərazisinə daxil olan Yasamal, Nizami və Sabunçu rayonlarında internet abunəçilərinin sayı çoxluq təşkil edir.

Respublika üzrə isə "Aztelekom" abunəçilərinin sayı Abşeron rayonu, Gəncə şəhəri, Sumqayıt şəhərlərində daha çoxdur.

Nazirlik hazırda paytaxtda 17 park və məkanlarda "İctimai internet”in mövcud olduğunu da bildirib. Bunlar Dənizkənarı Milli Park – Bulvar, Dövlət Bayrağı Meydanı, Heydər Əliyev Mərkəzinin parkı, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, "Sahil” bağı, "Sabir” bağı, "Xaqani” bağı, "Axundov” bağı, "Zabitlər” parkı, Qış parkı, "Hüseyn Cavid” bağı, "Səməd Vurğun” bağı, "Muğan” bağı, "Fashion Avenue”, "Dədə Qorqud” parkı, "İzmir” parkı, "Nərimanov” parkıdır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR