Bakıda işıqforların işində problem yaranıb

Bakıda işıqforların işində problem yaranıb

Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində işıqforların işində texniki problem yaranıb. 

Bu barədə EkoNews-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, hazırda işıqforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR