Bakıda küçə reklamına nəzarət avtomatlaşdırılacaq

Bakıda küçə reklamına nəzarət avtomatlaşdırılacaq

Bakıda küçə reklamında istifadə olunan skrollerlərdə avtomatlaşdırılmış nəzarət sistemi tətbiq olunur.
EkoNews xəbər verir ki, bunu "APA-Economics”ə "Sumaks” şirkətinin icraçı direktoru Cavid Məmmədov deyib.

Onun sözlərinə görə, yeni sistem məsafədən skrollerlərdə reklamların nümayiş vaxtın təyin edilməsinə imkan yaradacaq.

"Reklamın nümayiş olunacaq vaxtı ödənişdən asılı olaraq təyin etmək mümkün olacaq. Sistem həmçinin real vaxt rejimində skrollerlərdə hansı reklamın nümayiş olunduğuna nəzarət etməyə imkan yaradacaq. Digər bir funksiya ondan ibarətdir ki, əgər reklam verən şirkət tərəfindən ödəniş aparılmasa və ya gecikdirilsə, sistem üzərindən bu reklam bloklana biləcək”, - deyə C. Məmmədov bildirib.

O həmçinin əlavə edib ki, hazırda paytaxt üzrə ilkin mərhələdə 200 yeni skroller quraşdırılır. Gələcəkdə isə bütün skrollerlər avtomatlaşdırılmış sistem üzərindən çalışanlarla əvəzlənəcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR