Bakıda mağazalardan 2763 manat oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, oğurluq etdiyinə görə tutulan S.Pənahovun ətrafında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 2 mağazadan 2763 manat pul, yaddaş kartı və 13 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.