Bakıda sənaye istehsalı 0,6% azalıb

Bakıda sənaye istehsalı 0,6% azalıb

Bu ilin yanvar-may aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 16,6 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,6% azdır.
EkoNews-un Bakı Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 81,8%-i mədənçıxarma, 16,1%-i emal, 1,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 84,1% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,7%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,3% təşkil edib.

Məlumata əsasən, istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2019-cu il vəziyyətinə 247,1 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 43,8 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR