Bakının 14 qəsəbəsinin su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq

Bakının 14 qəsəbəsinin su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq

"Azərsu” ASC Bakının Binəqədi rayonunun Binəqədi, Biləcəri, 28 may, Xəzər rayonunun Mərdəkan, Şüvəlan, Buzovna, Dübəndi, Pirallahı rayonunun Pirallahı, Sabunçu rayonunun Bilgəh, Maştağa, Sabunçu, Zabrat, Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələrinin yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.

EkoNews Report-a istinadən xəbər verir ki, tenderlərin qalibləri "Protean Construction” ASC, "Araz İnşaatçı”, "Arko Təmir Tikinti Şirkəti”, "Express Xim Servis”, "Hidro İnşaat Servis”, "I and R Construction”, "Mühəndis Tikinti Layihə”, "Sənaye Tikinti” MMC-lər, və Türkiyənin "Eren İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin yerli filialı olub.

Qalib şirkətlərə ümumilikdə 12 436 025 manat ödəniləcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR