Bakının iaşə dövriyyəsi 4,4% artıb

Bakının iaşə dövriyyəsi 4,4% artıb

Bu ilin yanvar-iyun aylarında Bakının ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,4% artaraq 478,1 mln. manat olub.

EkoNews Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, hesabat dövründə dövriyyənin 44,3%-i hüquqi şəxs statuslu müəssisələrin, 55,7%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-iyun aylarına nisbətən 2,9% azalaraq 211,6 mln. manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR