Bakının turist kartı təqdim edildi - QİYMƏTLƏR
05 Aprel, 15:27   |    Baxış sayı: 112

Bakının turist kartı təqdim edildi - QİYMƏTLƏR

Bu gün Bakı Konqress Mərkəzində "Bakı Kart"ın təqdimatı keçirilib.

Təqdimat Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri Rüfət Bağırov tərəfindən edilib.

O bildirib ki, kart turistlərin ixtiyarına 1 günlük , 3 günlük və həftəlik təqdim olunur: "Kartların qiyməti 24, 45 və 70 manat arasında dəyişir. Kartlar turistlərə ictimai nəqliyyatdan, həmçinin hava limanından şəhərin mərkəzinə "Baku City Aero Express" avtobuslarından ödənişsiz istifadə etmək imkanı tanıyır. Eyni zamanda, bu kartla muzeylərə giriş həm ödənişsiz, həm də endirimlədir.  İstifadəçilər 200-dən çox tərəfdaşlarımızdan endirimlər və ya təkliflər əldə edəcəklər. Kart ilk istifadə olunan tarixdən hesablanacaq. Yəni müştəri bu kartı alıb 1 həftə sonra da istifadə edə bilər. Kartı Beynəlxalq Hava Limanından, informasiya mərkəzlərindən, otellərdən, turizm şirkətlərindən və İticket.az kiosklarından əldə etmək mümkündür".

O əlavə edib ki, turistlərə hava limanında bu haqda məlumat verilir: "Kartla bərabər onun kitabçasını da təqdim edirik. Kitabçanın içərisində həm Bakı haqqında məlumat, kartın istifadə qaydaları və tərəfdaşlarımız haqqında məlumat əks olunub". //Report