“Bakutel-2018”ə 20 ölkədən 230 şirkət qatılacaq
03 Dekabr, 14:57   |    Baxış sayı: 20

“Bakutel-2018”ə 20 ölkədən 230 şirkət qatılacaq

Dekabrın 4-7-də keçiriləcək "Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində 20 ölkədən 230 şirkət iştirak edəcək.
 
Bu barədə "Caspian Event Organisers" şirkətinin direktoru Edvard Stroun "Bakutel-2018" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında deyib.
 
O bildirib ki, bu il sərginin sahəsi 25 faiz artıb. Builki sərginin debütantları isə iştirakçıların 30 faizini təşkil edir.
 
Aparıcı İKT şirkətləri, mobil operatorlar, internet provayderlər, sistem inteqratorları və gənc layihəçilər sərgidə öz məhsul və texnologiyalarını təqdim edəcək. //AzərTac