Bağlanan banklardakı sığortalanmamış əmanətlər qaytarılacaqmı?

Bağlanan banklardakı sığortalanmamış əmanətlər qaytarılacaqmı?

Konstitusiya Məhkəməsi əmanətlərin sığortlanması ilə bağlı qanunun şərh edilməsinə dair qərar qəbul edib. Bonuslar səbəbindən əmanətlərini ala bilməyən əmanətçilər son qərardan sonra öz vəsaitlərini Əmanətlərin Sığortlanması Fondundan geri ala bilərlər. Bəs əmanətləri sığortalanmamış əmanətçilər nə etməlidir?
 
Bu haqda EkoNews-a danışan iqtisadçı alim Vüqar Bayramov sığortalanmamış əmanətlərin hansı halda geri qaytarılıb-qaytarılmamasına aydınlıq gətirib.

"Qanunvericiliyə əsasən, bu bankın aktiv və passivlərindən asılıdır. Əgər bankın gəlirləri öhdəliklərindən çoxdursa, sığortalanmayan əmanətlər də geri qaytarılır, yox, əgər öhdəlikləri çoxdursa, gəliri azdırsa, bu zaman əmanətlər geri qaytarılmır".

Qeyd edək ki, əmanətlərini geri qaytarılmasını tələb etmək üçün əmanətçi Əmanətlərin Sığortalanması Fonduna (ADIF) müraciət etməlidir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR