Bananla bank soyan adam həbs olundu - FOTO

Bananla bank soyan adam həbs olundu - FOTO

İngiltərədə evindən atılan və həbsə girə bilmək üçün bananla bank soyan Laurence James Vonderdell 14 ay həbs cəzasına məhkum edilib.
EkoNews xarici mətbuata istinadən xəbər verir ki, Vonderdell Bornmutdakı "Barclays Bankı"nın şöbəsinə girərək paketə bükdüyü bananı orada çalışan işçiyə silah kimi tuşlayıb və "Bu bir soyğundur" deyib. 

Daha sonra polis bölməsinə gedərək aldığı 1200 sterlinqi təslim edib və belə deyib: 

"Məqsədim kimisə incitmək deyildi. Sadəcə qala bilmək üçün bir yer axtarırdım, bu səbəbdən belə etdim".
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR