Bank kartı məlumatlarının ən böyük sızmasını qeydə alınıb

Bank kartı məlumatlarının ən böyük sızmasını qeydə alınıb

"Group-IB” şirkətinin kibertəhlükəsizlik mütəxəssisləri İnternetdə 1,3 milyon ödəmə kartın məlumatlarını əks etdirən məlumat bazasını aşkar ediblər.

EkoNews Banker.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.

Mütəxəssislərin verdiyi məlumata görə, bu ən böyük sızıntıdır. Qeyd edək ki, baza İnternetdə oktyabrın 28-də yerləşdirilib, xakkerlər bazanı təhvil vermək müqabilində mütəxəssislərdən 130 milyon dollar tələb edirlər.

Sənəddə göstərilən demək olar ki, bütün ödəniş kartları Hindistan banklarının müştərilərinə məxsusdur və maliyyə qurumlarının ümumi sayının 18%-ni təşkil edən banklara aiddir.  

Yayımlanan kartların təxminən 1%-i Kolumbiya bankına aiddir. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR