Bank kartlarından nağd pulun çıxarılması azalıb

Bank kartlarından nağd pulun çıxarılması azalıb

2019-cu ilin yanvar – avqust dövründə (8 ay ərzində) debet və kredit  kartları vasitəsilə aparılan əməliyyatların cəmi məbləği 14 milyard 265 milyon manat təşkil edib.

EkoNews Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, cəmi əməliyyatların 10 milyard 613 milyon manatını və ya 74%-ni nağd pulun çıxarılması təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar – avqust dövründə debet və kredit  kartları vasitəsilə aparılmış 11 milyard 376 milyon manatlıq əməliyyatların 8 milyard 866 milyon manatını və ya 78%-ni nağd pulun çıxarılması təşkil etmişdi.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR