"Bank of Baku"nun problemləri çoxalır - Şikayətlər artır

"Bank of Bakun"nun Bolkart kredit kartından digər valyutalarla ödəniş edilən zaman əlavə pul tutulur. 

Bank müştəriləri bundan əvvəl ödəniş edilən zaman hansı məbləğ göstərilirdisə, kredit kartlarından yalnız o məbləğin çıxıldığını bildirirlər. Lakin son zamanlar manatdan başqa digər valyutalarla ödəniş etdikdə göstərilən məbləğdən əlavə pul da çıxılır. Bu isə bir neçə gün ərzində baş verir. Kredit kartından çıxan məbləğin isə hansı səbəbdən xərcləndiyi haqda məlumat verilmir.

Xatırladaq ki, "Bank of Baku"nun internet bankçılıq xidmətinin də 3 gündür ki, fəaliyyətində problem yaranıb. Bundan başqa bankın müştəriləri sosial şəbəkə vasitəsi ilə bankın xidmət səviyyəsini son günlər tənqid edirlər.


Onu da qeyd edək ki, "Bank of Baku" məcmu kapitalına görə bankların reytinq siyahısında da sonuncu yerlərdə qərarlaşıb. Bankın məcmusu 37 747 min manat təşkil edir. Problemi kreditlərin çox olması, kredit bazarında da bankın rəqabət imkanlarını aşağı salıb.
 
Fariz Əzimov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR