Banklar aktivlərin 36%-ni kredit kimi veriblər

Banklar aktivlərin 36%-ni kredit kimi veriblər

Azərbaycan bank sektorunun aktivləri bu il sentyabrın 1-nə 28 127,1 mln. manat təşkil edib.

EkoNews xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,7% çoxdur. Bankların cəmi aktivlərinin 36,45%-ni və yaxud 10 250 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Avqustda bankların kredit portfeli 1,7% böyüyüb.
 
Ay ərzində sektorun cəmi öhdəlikləri 0,3% artaraq 24 077,5 mln. manat, o cümlədən depozit portfeli 1% artaraq 17 346,8 mln. manat olub. Bunun 7 939,9 mln. manatı fiziki şəxslərin, 9 406,9 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Avqustda əhalinin əmanətləri 0,35% azalıb, şirkətlərin vəsaitləri isə 2,2% artıb.

Bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,2% azalaraq 410,4 mln. manata düşüb.


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR