Banklar girov məsələsinə arxaik yanaşırlar - Yalnız daşınmaz əmlak tələb edirlər

Banklar girov məsələsinə arxaik yanaşırlar - Yalnız daşınmaz əmlak tələb edirlər

Azərbaycan bankları biznes kreditləri verərkən əksər hallarda daşınmaz əmlak girovu tələb edirlər bu da belə girov tələb edə bilməyən sahibkarların biznesə çıxışını məhdudlaşdırır.
EkoNewsxəbər verir ki, bankların biznes kreditləri ayırında girov tələblərinə bu gün Bakıda keçirilən «Kiçik və orta biznes subyektlərnin maliyyə bazarlarina çixişinda şəffafliq forumu: mövcud vəziyyət və perspektivlər» adlanan forumda Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri İbrahim Alışov münasibət bildirib.
Palata rəhbəri bildirib ki, «təəssüf ki, banklarda arxaik stereotip yanaşma var ki, yalnız daşınma əmlak girov tələb edirlər. Halbuki biznesin yalnız 22%-i daşınmaz əmlak aktivlərinə sahibdir».

İ.Alışov bildirib ki, verilən kreditlər üzrə girovların da 76%-i daşınmaz əmlakdır: «Baxmayaraq ki, daşınar əmlakın reyestri yaradılıb, buraya 40,5 min bildiriş yüklənib. Yüklənən əmlakın dəyəri 6 milyard manatdır».

İ.Alışov bildiri ki, bankların girov tələblərinə, ola bilər  milli mentalitet də təsirin göstərib. Çünki xarixi kapitallı bankar daşınar əmlak girovlarından daşa aktiv istifadə edirlər: «6 milyard manatlıq bildirişlərin 3 milyard manatı xarici kapitallı bankların payına düşür, yəni xarici kapitallı banklar bu prosesdə daha aktiv iştirak edirlər».

Biz biznes və bank sektoru ilə görüşlər keçiririk və nəzarət qurumu olaraq çalışırıq, təşviq edirik ki, banklar KOB-lara daha aktiv kredit ayırsınlar. /FED.az

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR