Banklar vətəndaşların kredit borclarını bağışlayacaq? – Rəsmi cavab

Banklar vətəndaşların kredit borclarını bağışlayacaq? – Rəsmi cavab

"Banklar kreditləri bağışlamaq imkanına malik deyil".

Bunu Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev İTV-də yayımlanan "3D" verilişində deyib.

Z.Nuriyev bildirib ki, bu gün Azərbaycanın bank sektorunda 8,6 milyard manat əmanət cəmləşib:

"Biz bu əmanətlər üçün öz əmanətçilərimizin qarşısında cavabdehik. Bizim borcalanlarımız daima nəzərə almalıdırlar ki, banklarda olan vəsaitlər digər banka əmanətini etibar etmiş insanlarındır. Azərbaycanda ən böyük məsələlərdən biri də əmanətə xəyanət anlayışıdır. Banklar və bu borcu almış insanlarımız heç bir şəkildə bu əmanətə, alınmış borclara qarşı bu cür münasibət nümayiş etdirməməlidir". 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR